Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər

2026/04/1777489094.jpg
Oxunub: 446     21:16     30 Aprel 2026    
ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.

Ordu.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken "Reuters"ə bildirib.

Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.

O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.

"Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür", - o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin