Ordu.az xəbər verir ki, Tramp "Truth Social"dakı bəyanatında Mertsi ABŞ-nin Yaxın Şərqdəki işlərinə qarışmamağa çağırıb.
"Almaniya kansleri vaxtını daha çox Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına - harada ki, o, tamamilə faydasız oldu - və dağıdılmış ölkənin bərpasına, miqrasiya və energetika məsələlərinə ayırmalıdır. İranın nüvə təhlükəsini aradan qaldıran və bununla da dünyanı, o cümlədən Almaniyanı daha təhlükəsiz yerə çevirən işlərə isə daha az qarışmalıdır", - Tramp yazıb.
Qeyd edək ki, kansler münaqişənin dünya iqtisadiyyatı, o cümlədən Almaniyanın özü üçün mənfi nəticələr verdiyini bildirərək, ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəfələrlə tənqid edib. Tramp isə Mertsi ABŞ-nin işlərinə qarışmaqda və İranın nüvə proqramını dəstəkləməkdə ittiham edib.
Ordu.az