FT: Texnologiya şirkətləri 2026-cı ildə süni zəkaya 725 milyard dollar xərcləyəcək

2026/04/1777549314.jpg
Oxunub: 308     15:35     30 Aprel 2026    
Aparıcı dörd texnologiya şirkəti “Amazon”, “Meta”, “Microsoft” və “Google”un ana şirkəti “Alphabet” 2026-cı il üçün süni zəka texnologiyalarına investisiya üzrə ilkin planlarını artırıblar. İndi onlar 725 milyard dollar xərcləməyə hazırdırlar ki, bu da 2025-ci ilin rekord göstəricisi olan 410 milyard dollardan 77 faiz çoxdur.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, investorlar daha əvvəl bu məqsədlər üçün xərclənən nəhəng məbləğlərə şübhə ilə yanaşsalar da, ümumilikdə gəlirlər haqqında hesabatları müsbət qarşılayıblar, çünki süni zəka və məlumat emalı mərkəzlərinə tələbat gəlir və mənfəətin əhəmiyyətli artımına səbəb olub.

“Jefferies” şirkətinin analitiki Brent Tilinin sözlərinə görə, “süni zəka iqtisadiyyatı effektivdir və sabit inkişaf edir”. Onun sözlərinə görə, texnologiya nəhənglərinin gəlir artımı “böyük oyunçuların nəhəng kapital xərclərini qarşılaya bildiyini” göstərir. O, texnologiya şirkətlərinin maliyyə aktivlərinin qiymətlərinin azalması ilə bağlı pessimist gözləntiləri cəfəngiyat adlandırıb.

Şirkətlərin fəaliyyətinin müsbət nəticələri “kapital yatıranlara investisiyaların davamlı gəlirliliyi məsələsində inamı gücləndirməyə kömək edəcək”, - deyə UBS analitiki Stiven Cun bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Texnologiya   SZ  


Bizi "telegram"da izləyin