Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset məlumat verib.
“Nazirlik təsdiqləyir ki, Avropa potensialının inkişafı üçün 400 milyon dollar ayrılmışdı və dünəndən etibarən həmin vəsait sərbəst buraxılıb”, - deyə onun sözlərini “The Hill” nəşri sitat gətirib.
Qeyd olunduğu kimi, müvafiq addımı Pentaqon Respublikaçılar Partiyasının nümayəndəsi, Kentukki ştatından senator Mitç Makkonnellin Kiyevin maliyyələşdirilməsinin gecikdirilməsini tənqid edən qəzəbli müraciət yazmasından dərhal sonra atıb.
Qeyd olunur ki, bu vəsaitin istifadə müddəti Kiyevin konkret olaraq onunla nə almaq istəyəcəyindən asılı olacaq. Belə sövdələşmələrdə Pentaqon ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) komandanlarından gələn tövsiyələrə əməl edəcək.
Sevinc Əliyeva
Ordu.az