Minsk Kiyevin Lukaşenkonun oğullarına qarşı tətbiq etdiyi sanksiyaları “alçaq hərəkət” adlandırıb

2026/04/1777540350.jpg
Oxunub: 360     13:06     30 Aprel 2026    
“Belarus prezidenti Aleksandr Lukaşenkonun oğullarına qarşı Kiyevin tətbiq etdiyi sanksiyalar Vladimir Zelenski tərəfindən “alçaq hərəkət”dir”.

Ordu.az xəbər verir ki, bu barədə TASS müxbiri ilə söhbətində Belarus parlamentinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər komissiyasının sədr müavini Oleq Qaydukeviç bildirib.

“Prezidentin oğullarının sanksiya siyahısında yer alması Zelenski tərəfindən kifayət qədər alçaq addımdır. Bu, bizim prezidentimizi hansısa formada “dişləmək” cəhdidir. Lakin Zelenski tərəfindən bu, o qədər xırda və acınacaqlı görünür ki, istehzalı təbəssüm və nifrətdən başqa heç bir hiss yaratmır”, - deyə deputat qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ukrayna  


Bizi "telegram"da izləyin