Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür

2026/04/1777179201.jpg
Oxunub: 422     02:49     30 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbi kontingentinin sayının mümkün azaldılması məsələsini öyrəndiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"ABŞ Almaniyadakı hərbi kontingentin mümkün azaldılması məsələsini öyrənir. Qərar tezliklə qəbul ediləcək", - Ağ Evin rəhbəri qeyd edib.

Bu həftənin əvvəlində Tramp Vaşinqtonun Tehrana münasibətdəki danışıqlar yanaşmasının səmərəsizliyi barədə fikir bildirən Almaniya Kansleri Fridrix Mertsi tənqid edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Almaniya  


Bizi "telegram"da izləyin