“İran nüvə silahı əldə etməyəcək” - Tramp

2026/04/1777489094.jpg
Oxunub: 378     22:59     29 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran nüvə silahı əldə edə bilməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O, Oval kabinetdə jurnalistlər qarşısında çıxış edərkən həmçinin iddia edib ki, ABŞ İranın hərbi dəniz və hərbi hava qüvvələrini, eləcə də hava hücumundan müdafiə sistemlərini və radiolokasiya sistemlərini məhv edib.

Trampın sözlərinə görə, İranın çox az imkanları, o cümlədən yalnız raket arsenalının bir hissəsi qalıb. ABŞ lideri qeyd edib ki, onun qiymətləndirməsinə görə, raket istehsalı güclərinin təxminən 80%-i məhv edilib.

ABŞ prezidenti bir daha vurğulayıb ki, Tehran nüvə silahına sahib olmayacaq. O qeyd edib ki, bunu hamı anlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin