Pakistan sərhəd toqquşmalarına cavab olaraq Əfqanıstanın nəzarət məntəqələrinin məhv edildiyini bildirib

2026/04/1777488929.jpg
Oxunub: 385     22:49     29 Aprel 2026    
Pakistan Silahlı Qüvvələri Çaman sərhəd zonasında Əfqanıstan hərbçilərinə məxsus bir neçə nəzarət məntəqəsini və nəqliyyat vasitələrini məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti ölkənin güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Həmin məlumatlara görə, zərbələr sərhəd zonasında Əfqanıstan qüvvələrinin və silahlıların həyata keçirdiyi aqressiyaya cavab olaraq endirilib. Pakistan mənbələri həmçinin bildirirlər ki, “Qazab lil-Haq” (Ədalətli qəzəb) adlı hərbi əməliyyat Əfqanıstan ərazisində yerləşən qruplaşmalara qarşı yönəlib və məqsədlərə çatana qədər davam edəcək.

Bildirilir ki, sərhəddə döyüş toqquşmaları fevralın 26-da yenidən başlayıb. Əfqanıstan hakimiyyəti isə bəyan edib ki, onlar öz ərazilərinə endirilən Pakistan aviazərbələrinə cavab olaraq hərəkət edirlər.

Pakistanın müdafiə naziri Xavaca Asif daha əvvəl bildirmişdi ki, tərəflər arasında faktiki olaraq açıq silahlı qarşıdurma vəziyyəti yaranıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Əfqanıstan  


Bizi "telegram"da izləyin