“Naviqasiya azadlığı Almaniyanın iqtisadi uğurunun əsas şərtidir” - Merts

2026/04/1777485806.jpg
Oxunub: 391     22:02     29 Aprel 2026    
Almaniya kansleri Fridrix Merts bildirib ki, qlobal dəniz yolları ilə sərbəst hərəkət ölkə iqtisadiyyatı üçün son dərəcə mühüm əhəmiyyətə malikdir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Merts vurğulayıb ki, Almaniyanın xarici və müdafiə siyasəti buna prioritet diqqət yetirməyə davam edəcək.

Emden şəhərində keçirilən milli dəniz konfransında çıxış edən o qeyd edib ki, Almaniya kimi sənaye və ticarət dövləti üçün qlobal dəniz marşrutlarından fasiləsiz istifadə və dəniz təhlükəsizliyinin təmin edilməsi iqtisadi uğurun zəruri şərtidir.

Merts əlavə edib ki, geosiyasi gərginlik şəraitində dəniz logistikasında istənilən pozuntu birbaşa qlobal iqtisadiyyata və Almaniyanın həssas sahələrinə təsir edir.

Onun sözlərinə görə, indiki beynəlxalq vəziyyət iqtisadi və təhlükəsizlik siyasətlərinin sıx əlaqəsini göstərir. O, həmçinin bildirib ki, dünya qlobal yenidənqurma mərhələsindədir və burada təhlükəsizliklə rəqabətqabiliyyətlilik bir-biri ilə bağlı amillərə çevrilir.

Kansler vurğulayıb ki, bu istiqamətlərdə irəliləyişin sürəti XXI əsrdə Almaniyanın rifah və azadlıq səviyyəsini müəyyən edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Almaniya  


Bizi "telegram"da izləyin