ABŞ prezidenti Donald Trampı öldürməyə cəhddə ittiham olunan Koul Tomas Alen hadisədən təxminən yarım saat əvvəl “Washington Hilton” hotelindəki otaqda selfi çəkib.
Ordu.az xəbər verir ki, bu barədə “New York Post” məlumat verir.
Nəşrin məlumatına görə, fotonun təhlili əsasında ehtimal olunur ki, onun üzərində iki növ odlu silah, döyüş sursatı, bir neçə bıçaq, həmçinin kəlbətin və məftil kəsən alətlər olub. Fotoda kişi qara kostyumda və qırmızı qalstukdadır.
Hadisə aprelin 25-də Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının illik qəbulunda baş verib. Qəbulda Amerika administrasiyasının nümayəndələri iştirak edirdilər. Atışma nəticəsində ABŞ Gizli Xidmətinin əməkdaşı xəsarət alıb.
Şübhəli şəxs yerində saxlanılıb. Daha sonra məlum olub ki, o, əvvəlcədən hoteldə otaq kirayələyib və istintaqın məlumatına görə, oraya silah keçirə bilib.
Sevinc Əliyeva
Ordu.az