ABŞ Dövlət Departamenti Trampın təsviri olan məhdud sayda pasport seriyası hazırlayır

2026/04/1777482822.jpg
Oxunub: 351     21:14     29 Aprel 2026    
ABŞ Dövlət Departamenti ölkənin 250 illiyinə həsr olunmuş məhdud pasport seriyası buraxmağı planlaşdırır. Həmin pasportlarda prezident Donald Trampın təsviri olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Təqdim olunan maketə görə, sənədin daxili səhifəsində Trampın portreti Müstəqillik Bəyannaməsinin mətni və Amerika bayrağı fonunda yerləşdiriləcək. Başqa bir səhifədə ABŞ-nin qurucu atalarına həsr olunmuş Con Trambullun “Müstəqillik Bəyannaməsi” tablosu da təsvir edilib.

Dövlət Departamentinin nümayəndəsi telekanala bildirib ki, yeni pasportlar onları almaq üçün müraciət təqdim edəcək bütün ABŞ vətəndaşları üçün əlçatan olacaq. Seriyanın buraxılışı ölkənin 250 illiyi tədbirləri çərçivəsində iyula qədər gözlənilir.

“Fox News” qeyd edir ki, təşəbbüs Vaşinqtonda bir sıra tədbirləri, o cümlədən idman hadisələrini və ictimai bayramları əhatə edən “America250” proqramının bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   Pasport  


Bizi "telegram"da izləyin