Ordu.az xəbər verir ki, işlərin 2028-ci il aprelinə qədər tamamlanması planlaşdırılır.
“Lead yard” dəstəyi çərçivəsində kritik mühəndislik işləri aparılacaq
Müqavilə şirkətin Missisipi ştatındakı “Ingalls” gəmiqayırma zavodunda aparılacaq “lead yard” dəstək fəaliyyətlərini əhatə edir. Bu çərçivədə gəmi layihəsinin yetkinləşdirilməsi, istehsal imkanlarının təhlili, texniki sənədləşmə və mühəndislik işləri görüləcək.
“Lead yard” prosesi gəmi inşa mərhələsinə keçməzdən əvvəl konsepsiya layihəsinin istehsala uyğun vəziyyətə gətirilməsi baxımından proqramın ən kritik mərhələlərindən biri hesab olunur.
Təcili ehtiyac səbəbilə rəqabətli tender olmadan verildi
Müqavilənin rəqabətli tender prosesi olmadan, “fövqəladə və məcburedici təcili ehtiyac” səbəbilə birbaşa verilməsi diqqət çəkib. Bu üsul gecikmənin proqram təqviminə və əməliyyat ehtiyaclarına zərər verə biləcəyi hallarda seçilir.
ABŞ Donanmasının bu üsuldan istifadə etməsi FF(X) proqramının təqviminə verilən önəmin və gecikmələrə qarşı həssaslığın göstəricisi kimi qiymətləndirilir.
Maliyyələşmə strukturu istehsal mərhələsinə keçidi göstərir
Ümumi müqavilə məbləğinin 80,6 milyon dollarlıq hissəsi ilkin mərhələdə ayrılıb. Bunun təxminən 73 faizi gəmi inşası və çevrilmə büdcəsindən, 27 faizi isə araşdırma-inkişaf, sınaq və qiymətləndirmə mənbələrindən qarşılanır.
Bu bölgü proqramın inkişaf mərhələsindən istehsala hazırlıq prosesinə keçdiyini göstərir.
FF(X) proqramı suüstü parkdakı boşluğu doldurmağı hədəfləyir
FF(X) proqramı ABŞ donanmasının “Littoral Combat Ship” (LCS) proqramında yaşanan məhdudiyyətlərdən sonra daha balanslı və xərc baxımından səmərəli freqat sinfinin hazırlanması ehtiyacına cavab olaraq başladılıb.
Yeni nəsil freqatların sualtı qayıqlara qarşı müharibə, suüstü müharibə və hava hücumundan müdafiə vəzifələrini effektiv şəkildə yerinə yetirə biləcək qabiliyyətlərə malik olması nəzərdə tutulur.
“Ingalls” gəmiqayırma zavodu strateji rol oynayır
“Ingalls” gəmiqayırma zavodu ABŞ Donanması üçün “Arleigh Burke” sinfinə məxsus esmineslər və amfibiya hücum gəmiləri kimi kritik platformaların istehsalında mühüm rol oynayan müəssisələrdən biri kimi tanınır.
Bu müqavilə ilə birlikdə zavodun ABŞdDonanmasının gələcək onilliklərdəki suüstü parkını formalaşdıracaq proqramlardan birində mərkəzi rol oynamağa davam edəcəyi qiymətləndirilir.
2030-cu illərin park quruluşuna hazırlıq
FF(X) freqat proqramı ABŞ donanmasının 2030 və sonrakı dövr üçün qüvvə strukturunda orta sinfə məxsus suüstü döyüş gəmisinə olan ehtiyacını qarşılamağı hədəfləyir.
Həmin müqavilənin proqramın istehsal mərhələsinə keçidində kritik mərhələ olduğu və təqvimin qorunması baxımından həlledici rol oynayacağı bildirilir.
Sevinc Əliyeva
Ordu.az