“Ukraynaya veriləcək kreditin ilk tranşı PUA-ların alınmasına yönəldiləcək” - Lyayen

2025/08/1756388348.jpg
Oxunub: 303     17:14     29 Aprel 2026    
“Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılan kreditin ilk tranşı (6 milyard avro həcmində) Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək”.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Təxminən 6 milyard avro dəyərində ilk müdafiə paketi pilotsuz uçuş aparatlarının istehsalına yönəldiləcək”, - deyə o bildirib. Onun çıxışı Avropa Parlamentinin “YouTube” kanalında yayımlanıb.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, Avropa İttifaqı artıq bu rübdə 2026-cı il üçün nəzərdə tutulmuş 45 milyard avroluq kreditin ilk hissəsini ayırmağı planlaşdırır. Fon der Lyayen qeyd edib ki, nəzərdə tutulan vəsaitin üçdə biri Ukraynanın dövlət büdcəsinin ehtiyaclarına, üçdə ikisi isə Ukrayna Silahlı Qüvvələrinə yönəldiləcək.

Ukrayna tərəfinə 90 milyard avro həcmində kredit ayrılması barədə qərar hələ 2026-cı il aprelin 23-ü təsdiqlənmişdi. Avropa İttifaqı bu vəsaiti Avropa ölkələri tərəfindən ödənilən avroistiqrazlar vasitəsilə cəlb edəcək. Proqrama əsasən, həmin məbləğin 30 milyard avrosu makroiqtisadi sabitliyin dəstəklənməsinə, qalan 60 milyard avrosu isə müdafiə-sənaye potensialının inkişafına yönəldiləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Ukrayna  


Bizi "telegram"da izləyin