Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“İranlılar heç cür diqqətlərini cəmləyə bilmirlər. Onlar nüvə proqramından imtina haqqında razılaşmanı necə imzalayacaqlarını bilmirlər. Yaxşı olar ki, mümkün qədər tez ağıllı davransınlar”, - deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Bundan əlavə, o, mətnə kostyum, qalstuk və qara eynəkdə, əlində avtomatla təsvir olunduğu şəkil əlavə edib. Şəklin arxa fonunda istehkamlar və partlayışlarla dolu dağ mənzərəsi görünür. Şəkil bu yazı ilə müşayiət olunur: “O, artıq “Mister Yaxşı Oğlan” deyil”.
Bir gün əvvəl “The New York Times” qəzeti bazar ertəsi Ağ Evin situasiya mərkəzində keçirilmiş müzakirələrlə tanış olan bir neçə mənbəyə istinadən yazıb ki, Tramp İranın təklifini qəbul etməyəcək. Həmin təklif Hörmüz boğazının açılmasını nəzərdə tutur, lakin Tehranın nüvə proqramı məsələsini sonrakı danışıqlara saxlayır.
Daha sonra “The Wall Street Journal” nəşri məlumat yayıb ki, Tramp İranın dəniz blokadasının saxlanılmasını bombardmanların bərpası və ya münaqişədən çıxmaq kimi digər variantlardan daha az təhlükəli hesab edir. Beləliklə, Prezident İran limanlarının uzunmüddətli blokadasına hazırlaşır.
Sevinc Əliyeva
Ordu.az