Ukrayna İDP-ləri sanksiyaya məruz qalan MARQUISE tankerini vurub - YENİLƏNİB

2026/04/Ekran-1777492854.jpg
Oxunub: 739     23:54     29 Aprel 2026    
Ukraynanın iki insansız dəniz platforması Kamerun bayrağı altında hərəkət edən, sanksiyaya məruz qalmış MARQUISE tankerini vurub.

Ordu.az xəbər verir ki, Ukrayna Baş Qərargahı əməliyyatın Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.

Zərbə zamanı gəmi Rusiyanın Tuapse şəhərindən 210 km cənub-şərqdə dreyf edirdi.

“Gəmi AIS siqnalı olmadan dreyf edirdi və yəqin ki, dənizdə başqa bir gəmidən yüklənməni gözləyirdi”, - deyə Baş Qərargah bildirib.

AIS gəmiçilikdə gəmiləri identifikasiya etmək və onların ölçülərini, kursunu və digər məlumatlarını müəyyənləşdirmək üçün istifadə olunan avtomatik identifikasiya sistemidir.

İnsansız dəniz platformaları arxa hissəni, pər- sükan qurğusu və mühərrik bölməsi ərazisini vurub.

MARQUISE tankeri Ukrayna, Böyük Britaniya, Avropa İttifaqı, İsveçrə, Yeni Zelandiya və Kanada tərəfindən tətbiq edilmiş sanksiyalara məruz qalıb və Rusiya tərəfi tərəfindən neft məhsullarının qanunsuz daşınması üçün istifadə olunub.

***

Ukrayna Silahlı Qüvvələri Tuapse limanı (Rusiya, Krasnodar diyarı) yaxınlığında sanksiya altında olan "MARQUISE" tankerini vurub.

Bu barədə Ordu.az Ukrayna mediasına istinadən xəbər verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Tuapse   Tanker  


Bizi "telegram"da izləyin