Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri Komandanlığının Mühəndis Qoşunlarının rəisi Vasili Sirotenko “Ukrinform”a müsahibəsində məlumat verib.
“Biz bu xəttin mümkün qədər tez qurulmasını təmin etmək üçün məhz bu istiqamətə əhəmiyyətli resurslar ayırırıq”, - deyə o əlavə edib.
Sirotenkonun sözlərinə görə, bu, düşmənin bu ərazidə qondarma bufer zona yaratmasının və Müdafiə Qüvvələrini dövlət sərhədindən geri çəkməsinin qarşısını almaq üçün edilir.
Müdafiə xətti təkcə 20 km-lik cəbhəboyu zonada deyil, həm də ondan 100 km-dək dərinlikdə qurulur. Fiber-optik kabelli FPV pilotsuz uçuş aparatlarına qarşı yeni əks-tədbirlər də tətbiq olunur.
Daha əvvəl İtaliya Senatına Rusiyanın pilotsuz uçuş aparatlarından qorunmaq üçün istismardan çıxarılmış balıq torlarının Ukraynaya ötürülməsi üzrə dövlət mexanizminin yaradılmasına dair qanun layihəsi təqdim edilmişdi.
Təşəbbüs şirkətləri istismardan çıxarılmış torları utilizasiya etmək əvəzinə, onları təhvil verməyə təşviq edən mexanizmin yaradılmasını nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az