Tramp İranı təhdid edib: "Yaxşı oğlan" olmaq dövrü geridə qaldı"

2026/04/1777452697.jpg
Oxunub: 358     12:39     29 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə sazişi ilə bağlı razılığa gəlməyi bacarmadığını yenidən bəyan edib.

Ordu.az xəbər verir ki, Tramp "Truth Social" platformasında dərc etdiyi paylaşımda İranın özünü ələ ala və "qeyri-nüvə sazişini necə imzalayacağını bilmədiyini" yazaraq ölkə hakimiyyətini "ən qısa zamanda ağıllanmağa" çağırıb.

Paylaşımda Trampın hərbi əməliyyatlar fonunda təsvir olunduğu və üzərində "No more Mr. Nice Guy!" (yaxşı oğlan olmaq dövrü bitdi) yazısı olan fotoşəkil yer alıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin