Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Amerika kəşfiyyat xidmətləri Trampın minlərlə insanın həyatına son qoymuş və Ağ Ev üçün siyasi təhlükəyə çevrilmiş iki aylıq müharibədə birtərəfli qələbə elan edəcəyi təqdirdə İranın necə reaksiya verəcəyini araşdırır”, - deyə məqalədə qeyd olunub.
Materialda bildirilir ki, yekun qərar hələ qəbul edilməyib və Tramp hərbi əməliyyatları tamamilə gücləndirə bilər. Sürətli deeskalasiya isə prezidentə qarşı siyasi təzyiqi azalda bilər. Lakin bu, eyni zamanda İranın nüvə və raket proqramlarını bərpa etməsinə gətirib çıxara, ABŞ-nin regional müttəfiqləri üçün təhlükə yarada bilər.
Sevinc Əliyeva
Ordu.az