Pakistan İran yüklərinin tranziti üçün Hörmüz boğazından yan keçən quru dəhlizləri açıb

2026/03/1773466996.jpg
Oxunub: 577     05:40     29 Aprel 2026    
Pakistan İran yüklərinin Hörmüz boğazından yan keçməklə tranzitini həyata keçirməyə imkan verəcək altı quru dəhlizini İrana təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Ticarət Nazirliyi məlumat verib.

“Dawn” qəzetinin məlumatına görə, hazırda Kəraçi limanında İrana göndərilməsi nəzərdə tutulan 3 mindən çox konteyner yığılıb. Onların ixracına artıq başlanılıb.

Eyni zamanda Pakistan hakimiyyəti Ərəb dənizi sahilində, İran sərhədindən 70 kilometr məsafədə yerləşən Qvadar limanını İran yüklərinin yenidən yüklənməsi üçün gələcək iri tranzit və logistika mərkəzi kimi müəyyən edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Pakistan  


Bizi "telegram"da izləyin