Polşa öz hərbi texnikasını və PUA-larını Ukraynada sınaqdan keçirəcək

2026/04/Ekran-1777405228.jpg
Oxunub: 461     23:49     28 Aprel 2026    
Polşa real döyüş təcrübəsi qazanmaq üçün öz hərbi texnikasını, o cümlədən pilotsuz uçuş aparatlarını Ukrayna cəbhəsində sınaqdan keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defence24” məlumat yayıb.

Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bunu PAP xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Polşa silahları Polşadakı poliqonlarda sınaqlar tamamlandıqdan sonra döyüş şəraitində test edilməlidir.

İkinci diqqət istiqaməti texnologiyaların aktiv mübadiləsi və hər iki ölkənin sənaye potensialının gücləndirilməsi olacaq.

Tomçik Ukrayna ilə uğurlu əməkdaşlıq nümunəsi kimi “WB Electronics”i göstərib, lakin texnoloji üstünlük yaratmaq üçün birgə fəaliyyətlərin əhəmiyyətli dərəcədə genişləndirilməsinə çağırıb.

Bu yaxınlarda Polşa və Ukrayna “pilotsuz uçuş aparatı armadası” adlandırılan birgə layihə elan ediblər. Layihənin məqsədi Polşa maliyyələşdirməsini Ukrayna təcrübəsi ilə birləşdirməkdir.

Onlar layihəyə Avropa Müdafiə Fondunu da cəlb etməyi planlaşdırırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin