Serbiya hakimiyyəti Kadırovun qardaşı oğluna vətəndaşlıq verilməsi qərarını ləğv edib

2026/04/1777404462.jpg
Oxunub: 413     23:08     28 Aprel 2026    
Serbiya hökuməti Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevə vətəndaşlıq verilməsi haqqında əvvəllər qəbul edilmiş qərarı ləğv edib.

Ordu.az xəbər verir ki, bu barədə “Nedeljnik” nəşri “Rəsmi məlumat bülleteni”ndə dərc olunan məlumata istinadən xəbər verib.

Dərc olunan qərarla Serbiya Respublikasının vətəndaşlığına qəbul barədə 2026-cı il aprelin 23-ü tarixli əvvəlki akt ləğv olunur.

Bununla belə, rəsmi mətndə Zakriyevin adı çəkilmir, yalnız sənədin nömrəsindən istifadə olunur. Lakin həmin nömrə ilə daha əvvəl məhz Kadırovun qardaşı oğluna vətəndaşlıq verilməsi qeydə alınmışdı.

Hər iki proseduru, həm ilkin vətəndaşlıq verilməsini, həm də sonradan onun ləğvini Serbiya hökumətinin sədri Curo Matsut imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Kadırov  


Bizi "telegram"da izləyin