Ordu.az xəbər verir ki, bu barədə CNN vasitəçilik prosesinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfərindən sonra bu gün Tehrana qayıtmalı idi.
Həmsöhbətlərin sözlərinə görə, onun ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparacağı gözlənilir.
Mənbələrin məlumatına görə, ali rəhbər Müctəba Xamenei ilə əlaqə yaratmaqda çətinliklər olduğu üçün proses ləng gedir. Onun olduğu yer məxfi saxlanılır.
Tramp əvvəlki həftəsonu təqdim edilmiş İran təklifini qəbul etməyəcəyini bildirib. Həmin təklif əvvəlcə müharibənin dayandırılmasını, İranın nüvə proqramı ilə bağlı daha kəskin məsələlərin isə sonrakı mərhələdə həllini nəzərdə tuturdu. Mənbələr qeyd ediblər ki, proses tam sürətlə gedir və çox şey İranın ABŞ üçün daha qəbulolunan yenilənmiş təkliflə geri qayıdıb-qayıtmayacağından asılı olacaq.
Tramp çərşənbə axşamı sosial şəbəkədə etdiyi paylaşımında bildirib ki, İran ABŞ-yə “çökmə vəziyyətində” olduğunu çatdırıb. O iddia edib ki, Tehran Hörmüz boğazını açmaq istəyir, çünki “onlar rəhbərlik məsələsini aydınlaşdırmağa çalışırlar”.
Sevinc Əliyeva
Ordu.az