Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

2023/12/597c4-1703689544.jpg
Oxunub: 328     14:25     28 Aprel 2026    
Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Bu barədə Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il mayın 4-ü saat 05:30-dan etibarən 90 sutka uzadılır.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hərbi-vəziyyət  


Bizi "telegram"da izləyin