Ordu.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2025-ci il üçün qlobal hərbi xərclər tendensiyaları haqqında hesabat dərc edib.
Hesabatı “Babel” təhlil edib.
2025-ci ildə Ukraynanın xərcləri təxminən 20% artıb, 2016-cı illə müqayisədə isə 1501% yüksəlib və 84,1 milyard dollar, yaxud ÜDM-in 40%-i təşkil edib.
Bu, müstəqil Ukrayna tarixində hərbi xərclərin ən yüksək səviyyəsidir və dünyada ÜDM-ə nisbətdə ən yüksək göstəricidir. Əlcəzair 8,8%-lə ikinci yerdədir.
Xərclərə görə ilk yerləri ABŞ (954 milyard dollar), Çin (336 milyard dollar), Rusiya (190 milyard dollar), Almaniya (114 milyard dollar), Hindistan (92,1 milyard dollar) və Böyük Britaniya (89 milyard dollar) tutur.
Rusiyanın hərbi xərcləri ötən il 5,9%, 2016-cı illə müqayisədə isə 96% artıb.
Qlobal hərbi xərclərin ümumi həcmi 2,9% artaraq 2,887 trilyon dollara çatıb. Bu göstərici ardıcıl 11 ildir artır.
Bu, SIPRI araşdırmalarında indiyədək qeydə alınmış ən yüksək məbləğdir.
NATO üzv dövlətlərinin ümumi xərcləri 1,582 trilyon dollar təşkil edib, bu, qlobal xərclərin 55%-idir.
İl ərzində xərclər Amerika istisna olmaqla dünyanın bütün regionlarında artıb.
Avropa, o cümlədən Ukrayna və Rusiya, artımın əsas hərəkətverici qüvvəsi olub. Orada xərclər 14% artaraq 864 milyard dollara çatıb.
Ukraynanın 2026-cı il üçün müdafiə büdcəsi 2,8 trilyon qrivnadan çoxdur. Bu, hərbçilərə və təhlükəsizlik sektoruna dəstək üçün prioritet xərc istiqamətidir.
Sevinc Əliyeva
Ordu.az