Tramp İranın təklifindən narazıdır

2026/04/1777000451.jpg
Oxunub: 293     10:16     28 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp İranın hərbi əməliyyatların dayandırılması üçün irəli sürdüyü təklifdən narazıdır və bu təklif İranın nüvə proqramını əhatə etmədiyi üçün ona skeptik yanaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev yaxın günlərdə öz cavabını və əks təkliflərini təqdim edə bilər. “O, bu təklifi bəyənmir”, agentliyin həmsöhbəti bildirib.

Tramp bazar günü İranın xarici işlər naziri Abbas Əraqçinin təklifi Pakistana təqdim etməsindən sonra, bazar ertəsi günü bu məsələni müşavirləri ilə birlikdə götür-qoy edib.

CNN vəziyyətlə tanış olan iki mənbəyə istinadən xəbər verir ki, Trampın İranın planını qəbul etməsi ehtimalı çox aşağıdır. Amerikalı rəsmilərin sözlərinə görə, İranın uranın zənginləşdirilməsi və ehtiyatları ilə bağlı məsələlər həll olunmadan Hörmüz boğazında fəaliyyətin bərpası ABŞ-ni danışıqlarda əsas təsir rıçağından məhrum edə bilər. Digər tərəfdən, Hörmüz boğazının blokadasının davam etməsi enerji daşıyıcılarının yüksək qiymətlər dövrünü uzadacaq ki, bu da artıq ABŞ-də qazın qiymətinin kəskin artmasına səbəb olub, telekanalın mənbələri qeyd ediblər.

Telekanal qeyd edir ki, digər yandan amerikalı rəsmilər İran rejimi daxilində parçalanmadan hələ də narahatdırlar və potensial razılaşma üzrə yekun qərarların kim tərəfindən qəbul edəcəyinə əmin deyillər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin