Ordu.az xəbər verir ki, bunu İran İslam Respublikasının məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.
“Mərkəzi Bank İran rialı, yuan, dollar və avro ilə dörd xüsusi hesab açıb. Dərc olunan qaydalara əsasən, SEPAH-ın [İslam İnqilabı Keşikçiləri Korpusu] donanması tərəfindən toplanan ödənişlər həmin hesablara köçürüləcək”, - deyə onun sözlərini İranın ILNA xəbər agentliyi sitat gətirib.
O bildirib ki, bu proqram İslam Respublikası parlamentinin işinin bərpasından dərhal sonra qəbul edilib.
Sevinc Əliyeva
Ordu.az