Süni zəkanın inkişafı üçün məlumat emalı mərkəzlərinin sayına görə lider ölkələr açıqlanıb

2026/04/1777279552.jpg
Oxunub: 358     09:24     28 Aprel 2026    
Məlumat emalı mərkəzləri süni zəkanın əsasını təşkil edir və süni zəka çat-botlarına ünvanlanan sorğulardan tutmuş videoaxınlara və bulud mühitində saxlanılan fayllara qədər ən müxtəlif xidmətlərin fəaliyyətini təmin edir.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bunlar serverlərin, saxlama sistemlərinin və şəbəkə avadanlıqlarının yerləşdirildiyi iri obyektlərdir. Həmin avadanlıqlar məlumatların saxlanılması, emalı və yayılması üçün istifadə olunur. Məlumat emalı mərkəzləri nə qədər çox olarsa, süni zəkanın imkanları da bir o qədər geniş olar. Eyni zamanda, bu mərkəzlər çox böyük həcmdə enerji sərf edir və geniş torpaq sahələri tələb edir.

Qlobal məlumat mərkəzi infrastrukturunun böyük hissəsi az sayda ölkədə cəmlənib. “Cloudscene” platformasının məlumatına görə, 2025-ci il etibarən 5427 məlumat emalı mərkəzi ilə ABŞ-nin açıq fərqlə lider olduğu bildirilir. Bu göstərici istənilən digər ölkədən on dəfədən çox yüksəkdir və ABŞ-nin üstünlüyünün miqyasını aydın göstərir.

ABŞ-ni Avropanın iki böyük iqtisadiyyatı olan Almaniya (529) və Böyük Britaniya (523) izləyir. Onların, texnologiya və innovasiya sahəsində güclü mövqeyinə baxmayaraq, 449 məlumat emalı mərkəzinə malik Çini qabaqlaması diqqət çəkir.

Kanada (337), Fransa (322) və Avstraliya (314) da 300-dən çox məlumat emalı mərkəzi olan ölkələr sırasındadır. Niderland isə 298 mərkəzlə bu həddə çox yaxındır.

Qalan ölkələrin əksəriyyətində isə 300-dən az belə müəssisə fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Süni-zəka   İnkişaf  


Bizi "telegram"da izləyin