İsrail səfiri Ukrayna XİN-ə çağırılıb

2026/04/1777352741.jpg
Oxunub: 332     09:05     28 Aprel 2026    
“Ukrayna-İsrail dostluq münasibətləri hər iki ölkə üçün sərfəlidir və Rusiyanın oğurladığı Ukrayna taxılının qanunsuz ticarəti bu münasibətləri pozmamalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“İsrailin, oğurlanmış yükləri Hayfaya çatdırmış gəmi ilə bağlı Ukraynanın qanuni sorğusuna adekvat reaksiya verməməsini anlamaq çətindir. İndi Hayfaya daha bir belə gəmi gəldiyi üçün İsraili yenidən xəbərdar edirik ki, oğurlanmış taxılı qəbul etməsin və münasibətlərimizə zərər vurmasın. Bu kontekstdə artıq İsrail səfirini Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi qaydada çağırmışıq. Sabah etiraz notamızı təqdim edəcəyik və müvafiq tədbirlərin görülməsini tələb edəcəyik”, - deyə o bildirib.

Bundan əvvəl Ukrayna ilə İsrail arasında yetişən böhran barədə “Axios” jurnalisti Barak Ravid yazmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ukrayna  


Bizi "telegram"da izləyin