Pentaqon: ABŞ hipersəs silahları və müasir qanadlı raketlər qarşısında müdafiəsizdir

2026/04/1776947831.jpg
Oxunub: 448     08:04     28 Aprel 2026    
“ABŞ silahlı qüvvələri hazırda hipersəs silahları və müasir qanadlı raketlər qarşısında müdafiəsizdir”.

Ordu.az xəbər verir ki, bunu Konqresin Senatının Silahlı Qüvvələr məsələləri üzrə komitəsinin dinləmələri zamanı ABŞ müdafiə nazirinin kosmos sahəsində siyasət məsələləri üzrə köməkçisi Mark Berkoviç bildirib.

ABŞ tərəfindən hazırlanan yeni nəsil “Golden Dome” (“Qızıl Günbəz”) raketdən müdafiə sisteminə həsr olunmuş iclas zamanı senatorlar ondan ölkənin hazırkı raketdən müdafiə potensialını təsvir etməyi xahiş ediblər. “Bu gün bizim ölkənin müdafiəsi üçün son dərəcə məhdud, yerüstü, birsəviyyəli sistemimiz var və bu sistem xüsusi olaraq Şimali Koreya tərəfindən mümkün kiçikmiqyaslı qəfil hücumlara qarşı dayanmaq üçün layihələndirilib”, - deyə o cavab verib.

“Bizim ballistik raketlərin tətbiqi ilə istənilən digər hücuma qarşı mübarizə aparmaq üçün də son dərəcə məhdud imkanlarımız var. Bundan başqa, əgər söhbət qabaqcıl qanadlı raketlərdən gedirsə, bu gün hipersəs silahlarına və ya qanadlı raketlərə qarşı müdafiə vasitələrimiz yoxdur”, - deyə Pentaqon rəhbərinin köməkçisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin