Bəqai: "Aİ-nin İrana qarşı sanksiyaları heç vaxt insan hüquqları ilə bağlı olmayıb"

2025/07/1753692734.jpg
Oxunub: 325     02:48     28 Aprel 2026    
Avropa İttifaqının (Aİ) İrana qarşı sanksiyaları heç vaxt insan hüquqları ilə bağlı olmayıb.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Aİ-nin İrana qarşı sanksiyaları heç vaxt insan hüquqları ilə bağlı olmayıb, onlar sadə iranlıların əsas hüquqlarını tapdalamaq üçün hazırlanıb", - o bildirib. İ.Bəqai əlavə edib ki, heç kim buna aldanmır.

İran XİN-in sözçüsü bildirib ki, bu mövqe dünyada Aİ-yə etibar qazandırmayacaq:

"Bu cür nümayişkaranə mövqe dünya arenasında sizə və ya ətrafınıza bir qram belə etibar qazandırmayacaq. Əslinə qalsa, bu, sadəcə olaraq Avropa hakim sinfinin ikili standartlarını daha çox nümayiş etdirir və birliyin süqutunu sürətləndirir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin