Erməni hərbi qulluqçunun ölümü faktı ilə bağlı intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi başlanıb
Oxunub: 380
23:03
14 Aprel 2026
Aprelin 14-də erməni hərbi qulluqçunun ölümü faktı ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 523-cü maddəsinin 1-ci hissəsi üzrə (hərbi qulluqçunu intihara çatdırma) cinayət işi başlanıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edilib ki, hadisənin bütün hallarını aydınlaşdırmaq istiqamətində ibtidai istintaq aparılır.