Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, saat 16:00 radələrində erməni hərbi qulluqçu “Muratsan” hərbi hospitalına aparılarkən yolda həyatını itirib.
Hospitala Ermənistan Hərbi Polisi və Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının yüksək rütbəli zabitləri gəlib və onlar hadisənin səbəblərini araşdırırlar.
Məlumata görə, ölən şəxs Nubaraşen atış poliqonundan güllə yarası ilə hospitala gətirilirdi. O, 19 yaşlı Narek Hakopyandır.
Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin hərbi istintaq idarəsinin qarnizon istintaq şöbəsində cinayət işi başlanıb. Hadisənin qətl, bədbəxt hadisə və ya intihar olub-olmadığı araşdırılır.
Alpər Mövludoğlu
Ordu.az