“Anadolu”: Ermənistandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş 4000 qutu siqaret və telefonlar ələ keçirilib

2026/04/1776175456.jpg
Oxunub: 386     18:03     14 Aprel 2026    
Ermənistanla sərhəddə yerləşən Tuzluca rayonunda jandarma Ermənistandan qaçaqmalçılıq yolu ilə gətirilmiş elektron siqaretlər və telefonlar aşkarlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, İğdır jandarmasının qaçaqmalçılıqla mübarizə bölməsinin əməkdaşları Ermənistanla sərhəddə yerləşən ərazidə qaçaqmalçılıqda şübhəli bilinən 6 nəfəri saxlayıblar. Onların avtomobilində Ermənistandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş 4000 qutu elektron siqaret və 7 ədəd mobil telefon aşkarlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin