“Üç əsas müxalif qüvvənin Ermənistanda baş nazir postuna bir namizədi var” - Rubinyan

2025/09/2025--1757333310.jpg
Oxunub: 378     18:00     14 Aprel 2026    
“Ermənistanın üç əsas müxalif qüvvəsinin baş nazir postuna vahid namizədi ikinci prezident Robert Köçəryandır”.

Ordu.az xəbər verir ki, bunu aprelin 14-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədrinin müavini, “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, rusiyalı oliqarx (“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan-red.) baş nazirliyə namizəd ola bilməz, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan isə həmin posta iddialı olmadığını bildirib.

Rubinyan qeyd edib ki, “Çiçəklənən Ermənistan” seçkilərdə baş nazir postuna “gizli” namizədlə iştirak edir.

“Üstəlik, onların siyahısının ikinci sırasında Andranik Tevanyan yer alıb, o, 2021-ci il seçkilərində “Hayastan” blokunun siyahısı ilə parlamentə deputat seçilmişdi. Həmin siyahıda həmçinin “Hayastan” blokunun deputatı Elinar Vardanyan, blokun keçmiş deputatı Areqnaz Manukyan və başqaları da var”, - deyə Rubinyan qeyd edib.

O vurğulayıb ki, “Güclü Ermənistan” partiyasının siyahısında ikinci yerdə Köçəryanın vəkili Aram Vardevanyan dayanır, o da 2021-ci ildə “Hayastan” blokunun tərkibində parlamentə deputat seçilmişdi.

Ermənistan parlamentinin üzvü Samvel Karapetyanı Rusiya və Kipr vətəndaşlığından imtina etməyə çağırıb. O, Karapetyanın seçiləcəyi təqdirdə xarici tərəfdaşlarla “güclü” danışıqlar apara biləcəyini şübhə altına alıb.

Rubinyan deyib ki, Samvel Karapetyanın danışmaq qabiliyyəti sual altındadır. Rubinyan belə bir sual verib: “Karapetyan danışıqları necə aparacaq?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin