Antalya Diplomatiya Forumunda (ADF2026) Ermənistanı Vahan Kostanyan təmsil edəcək

2025/08/1755185023.jpg
Oxunub: 402     17:40     14 Aprel 2026    
17-19 aprel tarixlərində keçiriləcək IV Antalya Diplomatiya Forumunda (ADF2026) Ermənistanı xarici işlər nazirinin müavini Vahan Kostanyan təmsil edəcək.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı tədbirin təşkilatçıları yayıb.

Məlumatda qeyd olunur ki, Kostanyanın fotosu forumun rəsmi saytında iştirakçılar arasında yerləşdirilib.

Türkiyə mediasının məlumatına görə, bu il ADF2026 forumunda iştirak etmək üçün 150-dən çox ölkədən nümayəndə heyəti gələcək. İştirakçılar arasında 20-dən çox dövlət və hökumət başçısı, təxminən 15 vitse-prezident, habelə əksəriyyəti xarici siyasət idarələrinin rəhbərləri olan 50-dən çox nazirin olacağı bildirilir. Ümumilikdə forum beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla, beş minə yaxın qonağı qəbul edəcək.

ADF2026 çərçivəsində 40-dan çox müxtəlif tədbir və sessiyanın keçirilməsi planlaşdırılır. Müzakirələr təkcə siyasi və regional məsələləri deyil, həm də qlobal transformasiyanın iqtisadi, ekoloji və texnoloji aspektlərini əhatə edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Antalya   Kostanyan  


Bizi "telegram"da izləyin