Ölmüş erməni hərbi qulluqçunun anasından Köçəryana: “Ando, mənim oğlumu tanısan, sənin də, oğlunun da, ailənin də üzünə üzünə tüpürərəm”

2026/04/Ekran-1776173374.jpg
Oxunub: 440     17:21     14 Aprel 2026    
“Valideynlərə dəstək olmaq üçün gəlmişəm, itkin düşmüş hərbçilərin bütün valideynlərini dəstəkləyirəm”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı ölmüş erməni hərbçi David Arustamyanın anası Lida Aruşanyan deyib.

İtkin dmüşmüş erməni hərbi qulluqçuların yaxınları 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatının açıqlanmasını tələb edirlər.

Aruşanyan Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Köçəryana müraciət edərək bildirib: “Sözümü Andoya ünvanlayıram. Deməli, Ando, sənin oğlunun yüksək səviyyəli olması ilə fəxr etməyin ilk növbədə əsgərləri, valideynləri və erməni ordusunu təhqir edir.

Mənim oğlumu tanısan, Ando, mən David Aruşanyanın anasıyam, mənim oğlumu tanısan, Hərbi İnstitutu fərqlənmə ilə bitirib, 11 il də Xocalının tank hissəsində qulluq edib. Ando, alçaq, bütün əsgərlərin adından deyirəm, sənin də alnına tüpürürəm, oğlunun da üzünə. Mən isə eşitmişəm ki, əksinə, sənin oğlun heç nədir, mənim oğlum “qəhrəman”dır. Erməni ordusu sənin dediyin ordu deyil, alçaq”.

Aruşanyan həmçinin qeyd edib: “Siz hakimiyyətə gələndən sonra erməni ordusunu dağıtmağa başladınız, əsgərləri ölümə apardınız. Səncə, sənin dediklərinə insanlar inanır ki, orduda insanları ac saxlayıblar və ya çılpaq saxlayıblar? Sən bizi təhqir etdiyinə görə konkret mənə cavab verməlisən, bütün valideynlərə cavab verməlisən, alçaq. Partiyadan partiyaya keçərək, sahibin kimi, sürünərək hara çatacaqsınız? Heç vaxt erməni əsgər haqqında belə danışmağa cəsarət etməyin.

Orduda xidmət edənlərin valideynləri də susduqları üçün günahkardırlar, hamı geri qayıtmalı, həmin şəxslərə və Nikoldan başlayaraq digərlərinə tüpürməlidir. Bu “bandit” dəstəsi yox olmalıdır, biz yeni hökumət, yeni rəhbərlik qurmalı, ordunu gücləndirməli və əvvəlki gücünü bərpa etməliyik. Sənin ailənin də, oğlunun da, sənin də, ətrafındakıların da üzünə tüpürürəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin