Mirzoyan və Kallas Brüsseldə görüşüb

2025/12/45646-1764671798.jpg
Oxunub: 332     16:33     14 Aprel 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan və Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl icrası məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, görüşdə may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib.

“Mirzoyan və Kallas, həmçinin Ermənistan və Aİ arasındakı dəyərlərə əsaslanan tərəfdaşlığın mühüm hissəsi olan demokratik dayanıqlığın gücləndirilməsi üzrə təşəbbüsləri müzakirə ediblər”, - deyə Ermənistan XİN bildirib.

Bundan başqa, iqtisadi və nəqliyyat bağlılığının inkişafı üzrə qarşılıqlı faydalı proqramların, eləcə də energetika sahəsində əməkdaşlığın reallaşdırılmasının vacibliyi qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Kallas  


Bizi "telegram"da izləyin