Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədrinin müavini, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, bu ildən etibarən Türkiyə də öz tərəfində keçid məntəqəsinin bərpası işlərinə başlayıb və indi razılaşmaların icrasını gözləyirlər: “Top bizim meydanda deyil”.
Rubinyan bu məsələnin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqəli olması ehtimalını şübhə altına alaraq bunu məntiqsiz adlandırıb.
Onun sözlərinə görə, Türkiyə ilə Ani tarixi körpüsünün bərpası ilə bağlı razılaşma mövcuddur, sənədləşmə məsələləri isə həll mərhələsindədir.
Rubinyan bildirib ki, Antalya diplomatik forumuna qatılmayacaq. O, Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı əlavə məlumatın təqdim olunacağını qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az