“Mən əminəm ki, xalq bizə mandat verəcək ki, müxtəlif oliqarxlar tərəfindən maliyyələşdirilən media qurumlarını və jurnalistləri maliyyə mənbələrini açıqlamağa məcbur edək”.
Ordu.az xəbər verir ki, bunu aprelin 14-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, parlament sədrinin müavini Ruben Rubinyan bildirib.
O etiraf edib ki, media qurumlarını hədəfə alıb və almağa davam edəcək. “Maliyyə mənbələri barədə şəffaf məlumat təqdim etməyən bütün media qurumları mənim hədəfim olacaq”, - deyə Rubinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rubinyan
Ermənistan