Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-Qətər ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
“Görüşdə tərəflər həmçinin regional proseslərə toxunaraq sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az