Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan Baş naziri Nikol Paşinyanla görüş zamanı erməni sakinlərdən biri deyib.
O bildirib ki, ədalət sistemi ilə qarşılaşıb və problemi həll olunmur: “Kənddə qanunsuz tikili var idi, icra nümayəndəsinə müraciət etdim, şikayətlərim əsasında onu leqallaşdırdılar, amma həmin tikilinin səsi ailəmin rahatlığını pozur. Parlamentdə də olmuşam, məni dinləyiblər, amma nəticə yoxdur”, - deyə o qeyd edib.
Paşinyan isə belə məsələlərə dərhal reaksiya verməyin onun üçün çətin olduğunu bildirib: “Əvvəlcə əsaslara baxmaq lazımdır. Narahatlığınızı başa düşdüm, amma indi heç nə deyə bilmərəm, şəraiti öyrənmədən yerində qərar vermək mənim üçün çətindir”.
Erməni kəndli isə cavab olaraq bildirib: “Sizi də başa düşürəm ki, hər məsələ ilə məşğul olmağa vaxtınız yoxdur. Amma məsuliyyətlə deyirəm ki, mənim problemim həll olunmayacaq, çünki aidiyyəti qurumlar işlərini görmürlər. Yuxarılara saxta məlumatlar göndərilir və mənə yanlış cavab verilir”.
Alpər Mövludoğlu
Ordu.az