Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Viktor Nadein-Rayevski deyib.
Onun sözlərinə görə, bu danışıqların uğursuzluğu nəticəsində Tramp eyni anda daxili, xarici və zaman amili olmaqla üç ziddiyyətli təzyiqin altına düşüb.
Rayevskinin fikrincə, Tramp nə yarımçıq razılaşmaya, nə də tam eskalasiyaya asanlıqla gedə bilər.
“Bütün bunları İranın sərt mövqeyi daha da çətinləşdirir. İran bu mərhələdə daha inamlı mövqedən çıxış edir: regional rıçaqların aktiv istifadəsi, yarımçıq və etimad doğurmayan razılaşmalardan imtina. Tehran oyun qaydalarını dəyişməyə çalışır və ABŞ-ni ənənəvi olmayan şərtlərlə danışıqlara məcbur edir. Danışıqlar aparılsa da, İsrailin addımları paralel cəbhə yaradaraq danışıqların uğurunu çətinləşdirdi. Tramp üçün vəziyyət ona görə mürəkkəbləşir ki, danışıqlar rıçaqları azalır, İran təcrid olunmayıb, risklər artır, iqtisadi çoxşaxəli nəticələr mövcuddur, müttəfiqlər arasında fikir ayrılıqları var, ABŞ-nin belə mövqeyi isə dünyada geniş dəstək tapmır.
Digər mühüm amil isə odur ki, geosiyasi fon dəyişib və çoxqütblü dünyada ABŞ-nin təzyiq mexanizmləri əvvəlki kimi effektiv deyil. Trampın “düyünü” ona görə dolaşır ki, o, eyni zamanda sərt ritorikanı qorumağa, uzunmüddətli genişmiqyaslı müharibədən qaçmağa və diplomatik qələbə əldə etdiyini elan etməyə çalışır, lakin bunlar bir-biri ilə uyğun gəlmir. Buna görə də vəziyyət müxtəlif eskalasiya tempində, danışıqlar cəhdləri və vasitəçilərin dəyişməsi ilə davam edəcək, İranın sərt mövqeyi isə özünü zəif tərəf kimi hiss etmədiyi müddətdə davam edəcək”, - deyə Rayevski bildirib.
Onun fikrincə, bu, Cənubi Qafqaz üçün son dərəcə mühüm və diqqətəlayiq inkişafdır. “Cənubi Qafqaz üçün iki əsas dövlətin, biri regional güc, digəri qlobal güc olan dövlətlərin iştirak etdiyi bu cür geosiyasi qeyri-müəyyən proseslər, gözlənilməz inkişaflarla ümumi gözləntiləri sındıran qarşıdurmalar düzgün nəticələr çıxarmağa səbəb olmalıdır. Əsas nəticələrdən biri isə odur ki, çoxqütblü dünyada hərəkət edərkən artıq köhnə deyil, mövcud çoxqütblü model nəzərə alınmalıdır. Bu, Ermənistan üçün də aktual nəticədir. Qlobal gücün məqsədi olub uğur qazana bilməməsi normaldır və Tramp administrasiyası məhz bununla üzləşir”, - deyə Raevski qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az