Erməni siyasi xadim: “Qarabağdan Ermənistana köç etmiş şəxs Paşinyana səs verməyəcək”

2026/04/1775892514.jpg
Oxunub: 378     17:12     14 Aprel 2026    
“Qarabağdan Ermənistana (könüllü-red.) köç etmiş şəxslər bu hakimiyyətin ardınca getməyəcək, onlar Nikol Paşinyan hakimiyyətini seçməyəcəklər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Metakse Hakobyan deyib.

O, Ermənistanın hazırkı hakimiyyətinin faktiki olaraq iyunun 7-nə təyin olunmuş parlament seçkilərində Qarabağdan Ermənistana köç etmiş şəxslərin iştirakına mane olması barədə məlumatları təsdiqləyib.

Hakobyanın sözlərinə görə, təxminən 35 min Qarabağdan Ermənistana köç etmiş şəxs Ermənistan vətəndaşlığı alıb, onlardan da 22-23 mini yetkin yaşdadır.

“Faktiki olaraq bu qədər adamın seçmək hüququ var. Bəli, maneələr yaradırlar, çünki son vaxtlar guya texniki problemlər olduğunu, yükün çox böyük olduğunu izah etməyə çalışırlar. Belə bir şey yoxdur. Bunlar qəsdən yaradılan maneələrdir. Çünki yanvarın 1-dək onlayn növbəyə yazılma yox idi, insanlar gedib pasport şöbələrində növbəyə dururdular, hələ oktyabr-noyabr aylarında qeydiyyatdan keçən adamlar var, amma bu günə qədər aidiyyəti qurumlardan cavab almayıblar, halbuki Qarabağdan Ermənistana köç etmiş şəxslər üçün prosedur sürətləndirilmiş olmalı idi. Yanvarın 1-dən etibarən proses onlayn oldu və xaos başladı, çünki Qarabağdan Ermənistana köç etmiş şəxslərin bir hissəsi, yəni ucqar, sərhədyanı kəndlərdə yaşayan yaşlı adamlar ümumiyyətlə qeydiyyatdan keçə bilmirlər”, - deyə Hakobyan izah edib.

O vurğulayıb ki, maneələr birmənalıdır.

“Nə qədər çalışsalar da göstərsinlər ki, Qarabağdan Ermənistana köç etmiş şəxslər onların sıralarındadır, belə deyil, Qarabağdan Ermənistana köç etmiş şəxs onlara səs verməyəcək”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Ermənistan  


Bizi "telegram"da izləyin