Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-Fransa münasibətlərinin müxtəlif sahələr üzrə gündəmini müzakirə ediblər.
“İki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi kontekstində qarşıdakı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Səfir Xaçatryan Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş sülhə toxunaraq onun möhkəmləndirilməsinin və əlaqəlilik gündəminin irəlilədilməsinin vacibliyini qeyd edib.
Həmçinin Ermənistan və Fransanın xarici işlər nazirlikləri arasında fəaliyyətin təşkili sahəsində ən yaxşı təcrübə mübadiləsi və diplomatların hazırlanması imkanları da vurğulanıb.
Səfir qarşı tərəfə yaxın vaxtlarda Ermənistanda keçiriləcək iri beynəlxalq tədbirlər, o cümlədən Avropa Siyasi Birliyinin 8-ci sammiti, Ermənistan-Avropa İttifaqı ilk sammiti və “İrəvan dialoqu” forumu barədə məlumat verib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az