Belarusda Rusiyanın səfiri Boris Qrızlov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) sədrliyi çərçivəsində Rusiya təşkilatın kollektiv qüvvələrinin döyüş potensialının artırılmasına diqqət yetirməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” Belarusda Rusiya səfirinin KTMT-nin baş katibi Taalatbek Masadikov ilə görüşü zamanı verdiyi açıqlamaya istinadən xəbər yayıb.
Bildirilib ki, görüşdə 2026-cı ildə təşkilatda Rusiyanın sədrliyi dövründə prioritetlərin həyata keçirilməsi ilə bağlı işlərin koordinasiyası məsələləri müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
KTMT