Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, enerji təhlükəsizliyi üzrə mütəxəssis Vahe Davtyan deyib.
“Bu qədər böyük ərazi nə üçün lazımdır, orada nə yerləşdirməyi planlaşdırırlar?
Bununla paralel olaraq biz rəsmi səviyyədə Ermənistanın dəmir yolu modelinin dəyişdirilməsi ilə bağlı müzakirələrin getdiyini görürük. Nikol Paşinyan “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyasının qazax tərəfinə verilməsi barədə danışır. Əgər qazax kapitalı bizim dəmir yolu şəbəkəmizə daxil edilirsə, bu, Orta dəhlizin (Turan dəhlizinin) Ermənistan ərazisində aktuallaşdırılması deməkdir. Rusiya kapitalının bizim dəmir yolu sistemimizdən çıxarılması Türkiyə və ABŞ-nin maraqlarına uyğundur”, - deyə Davtyan bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Nikol Paşinyan brifinqdə ona ünvanlanan Vladimir Putinlə telefon danışığı zamanı “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyasının təcili olaraq üçüncü tərəfə verilməsi məsələsinin qaldırılıb-qaldırılmadığı, çünki onun Qazaxıstan şirkətinə verilməsi ilə bağlı müzakirələr aparıldığı sualına cavab olaraq bildirib ki, bu məsələyə tərəfdaşlıq çərçivəsində həll tapılacağına ümid edir.
“Bizim və Rusiya arasında qarşılıqlı anlaşma olduğu və Qazaxıstan şirkətinin hər iki tərəf üçün qəbul edilə biləcəyi aydınlaşarsa, buna qarşı olmayacağıq…
Məsələ burasında deyil ki, Rusiya tərəfdaşları ilə oturub müzakirə aparırıq… çünki Rusiya tərəfdaşları hələ deməyiblər ki, bəli, razıyıq, gəlin belə edək. Yəni müzakirə başqa rejimdə gedir, amma belə ideyalar mövcuddur”, - deyə o bildirib.
Hələ fevralın ortalarında Paşinyan bildirmişdi ki, dəmir yolu ilə bağlı onun təsəvvürü ondan ibarətdir ki, Ermənistan və Rusiya ilə dost olan hər hansı ölkə Rusiyadan idarəetmə hüququnu alsın.
“TRIPP çərçivəsində elə qüvvələr var ki, deyirlər: gəlin elə edək ki, Mehriyə daxil olduqdan sonra Naxçıvana daxil olmasın və Ermənistandan yan keçsin. Təbii ki, bizim beynəlxalq tərəfdaşlarımız deyirlər: Ermənistandan necə yan keçsin, Ermənistan bizim tərəfdaşımızdır. Bu zaman Ermənistandan yan keçmək istəyənlər deyirlər ki, Ermənistanın dəmir yolu Rusiyanın idarəçiliyi altındadır. Biz hər şeyi edirik ki, izah edək ki, bəli, Rusiyanın idarəçiliyi altındadır, lakin Ermənistanın mülkiyyətidir və Rusiya heç bir şəkildə region layihələrinə mane olmaq istəmir və praktiki olaraq da maneə yaratmayacaq”, - deyə o qeyd edib.
Uzun müddətdir ki, konsessiyanın Qətərə, Bəhreynə və ya hətta Birləşmiş Ərəb Əmirliklərinə verilə biləcəyi barədə də danışılırdı və bunu özü də qeyd etmişdi.
Ermənistan KİV-ləri bildirir ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Bu səbəbdən sövdələşmə nəticəsində Türkiyə və Azərbaycan dəmir yolu üzərində təsir imkanlarını daha da artıracaqlar.
Alpər Mövludoğlu
Ordu.az