İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO

2020/09/23333-1599288096.jpg
Oxunub: 377     11:27     06 Aprel 2026    
İrandan Azərbaycana 21 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Narkotik  


Bizi "telegram"da izləyin