Rusiya və Ermənistan rəhbərləri Vladimir Putin və Nikol Paşinyan arasında aprelin 1-də keçirilən görüş zamanı ünsiyyət faydalı, səmimi və zəruri olub. Tərəflər, o cümlədən Ermənistanda gözlənilən seçkilər kontekstində, öz mövqelərini bir-birinə çatdırıblar.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Görüş zamanı ünsiyyət səmimi, faydalı, zəruri olub. Tərəflər bir-birinə, xüsusilə Ermənistanda gözlənilən seçkilər kontekstində, eləcə də gündəmdə olan ticarət-iqtisadi əməkdaşlığın əsas məsələləri üzrə öz mövqelərini təqdim ediblər”,- deyə Peskov bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Peskov
Putin
Paşinyan