Kreml Putinlə Paşinyanın görüşünün niyə qapalı keçdiyini izah edib

2026/04/1775055804.jpg
Oxunub: 538     15:16     05 Aprel 2026    
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş səmimi olub və buna görə də qapalı xarakter daşıyıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putin və Paşinyan çərşənbə günü, aprelin 1-də Kremldə danışıqlar aparıblar.

“Əlbəttə”, - deyə Peskov jurnalist Pavel Zarubinin “iki liderin söhbəti səmimi olubmu?” sualına cavab verərkən bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin