Erməni spiker: “Rusiya belə qərar versə, Ermənistan da KTMT və AİB-dən çıxacaq”

2025/10/1761135165.jpg
Oxunub: 417     14:27     04 Aprel 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, əgər Rusiya müəyyən məsələlərlə bağlı sərt qərar qəbul etsə, Ermənistan da öz qərarını verərək həm KTMT, həm də AİB-dən çıxacaq.

Ordu.az xəbər verir ki, bu barədə Alen Simonyan aprelin 4-də “Vətəndaş Müqaviləsi” Partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

O, Paşinyan-Putin görüşündə Ermənistana Avropa İttifaqına üzvlük, qazın qiyməti və digər məsələlərlə bağlı faktiki ultimatumların verildiyi barədə fikirlərə münasibət bildirib.

Simonyanın sözlərinə görə, bu cür söhbətlər yeni deyil və qazın qiyməti, eləcə də mallarla bağlı müzakirələr illərdir davam edir.

“Əgər onlar belə qərar qəbul etsələr, Ermənistan da öz qərarını verəcək və həm KTMT, həm də AİB-dən çıxacaq”, - deyə o bildirib.

Bununla belə, Simonyan hesab etmədiyini bildirib ki, məsələ bu həddə çatacaq.

Onun sözlərinə görə, bundan sonra ölkə rəhbərləri arasında çox yaxşı, səmərəli və işgüzar söhbət baş tutub.

Simonyan ümid etdiyini bildirib ki, baş nazir uyğun bildiyi hissələri ictimaiyyətə açıqlayacaq.

O qeyd edib ki, Ermənistanın baş naziri ölkəsinin mövqeyini və baxışını açıq şəkildə təqdim edib.

Qazın qiymətinin Ermənistan üçün arta biləcəyi ilə bağlı suala cavabında Simonyan bildirib ki, bu cür söhbətlər daha əvvəl də olub.

“Əgər hansısa mərhələyə çatacağıqsa və müəyyən addımlarla bağlı nəsə görəcəyiksə, mən və ya hökumət nümayəndəsi bunu şərh edəcək. Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyəcəyik, amma eyni zamanda Ermənistanın maraqlarını qoruyacağıq”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   AİB  


Bizi "telegram"da izləyin